SİA-nın əməkdaşı xəbər verir ki, 8 saylı Binəqədi 1-ci Dairə Seçki Komissiyasının 26 saylı məntəqəsində müşahidə aparan Qırğızıstan parlamentinin deputatı, MDB Parlamentlərarası Assambleyanın nümayəndəsi Bahadur Süleymanov bildirib ki, səhərdən bir neçə məntəqədə olub və seçki fəallığını müşahidə edib: "İnsanlar arasında seçki bayram əhval-ruhiyyəsi mövcuddur. Hər kəs məntəqələrə gələrək azad şəkildə səsvermədə iştirak edir".
sia.az