PDF Oxu

Siyasət

  • 11

CAPDİ nümayəndəsi: Seçkilərdə şəffaflıq tam təmin olunub

CAPDİ nümayəndəsi: Seçkilərdə şəffaflıq tam təmin olunub

Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPDİ) təşkilatının üzvü Muhammad Jusuf Kalla məntəqədə apardığı müşahidə nəticəsində heç bir neqativ halla qarşılaşmadığını bildirib.

Onun sözlərinə görə, Azərbaycanda seçki prosesi şəffaf və demokratik istiqamətdə keçirilir: "Apardığımız müşahidələr əsasında deyə bilərəm ki, həm biz, həm də seçicilər hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli və xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımı şərait yaradılıb. Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır. Onu da diqqətinizə çatdırım ki, getdikcə seçici aktivliyi müşahidə olunur. Seçkilərdə iştirak etməkdə və ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən də çox maraqlıdırlar".

yap.org.az

Digər xəbərlər