Ölkəmizdə prezident seçkiləri keçirilir. Xəzər rayonunun əhalisi seçkilərdə xüsusi fəallıq göstərirlər. 14 saylı Xəzər Dairə Seçki Komissiyasının sədri İmran Qənbərovun SİA-ya verdiyi məlumata görə, saat 12:00-dək Xəzər rayonunun 47102 seçicisindən 21116 nəfəri seçkilərdə iştirak edib. Bu isə seçiçilərin 44,8 faizini təşkil edir.Qeyd edək ki, 14 saylı Xəzər dairə seçki komissiyasının 34 açıq, 5 qapalı məntəqələrində 623 yerli, 8 beynəlxalq müşahidəçi seçkinin gedişatını izləyir. Heç bir məntəqədə qanun pozuntusuna yer verilməyib.
sia.az