Ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə edən Avropa Parlamentinin üzvü, partiya sədri, Bolqarıstan nümayəndəsi (beynəlxalq müşahidəçi) Slavtcko Pentelev Binev bildirib ki, buradakı seçkiləri öz ölkəmdəki ilə müqayisə etmək istəyirəm: "Məncə buradakı seçkilər bizdəki seçkilərdən daha ədalətlidir. Bu mənim şəxsi fikrimdir. Çünki biz yalnız bir neşə məntəqədə olmuşuq. Düşünürəm ki, hər şey qaydasındadır və normaldır. Mən seçkiqabağı hazırlıqları da dəyərləndirmək istəyirəm. Belə bir məlumatım var ki, seçkilərdən əvvəl bütün namizədlərə özlərini ifadə etmək üçün mediada şərait yaradılıb. Əhalinin iştirakı çox intensivdir. Hətta sıxlıq ucbatından bir məntəqəyə daxil ola bilmədik. Daha sonra başqa məntəqəyə getdik, nisbətən sakit idi. Prosesləri izləmə şansı əldə etdik. Həmçinin başqa ölkələrdə olduğu kimi seçki saxtakarlığı ilə qarşılaşmadıq".
sia.az