Azərbaycanda prezident seçkilərinə vətəndaşların səsvermə prosesi davam edir. SİA-nın məlumatına görə, 21 saylı Nəsimi I Dairə Seçki Komissiyasının 5, 8 və 27 saylı seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.Qeyd edək ki, adıçəkilən seçki məntəqələrində xarici müşahidəçi qismində James Mancham, Stuart Scott, Jarius Bondoc, Marissa Bondoc, Maria Regina Emilia David və Ellen Tordesillas iştirak ediblər. Onlar da öz növbələrində seçki prosesi üçün yaradılan şəraitdən razı qaldıqlarını və lazım olan şəffaflığın təmin olunduğunu ifadə ediblər.James Mancham Azərbaycanda keçirilən seçkilərin demokratik olduğunu bildirib, ölkəmizin inkişafının göz oxşadığını diqqətə çatdırıb: "Seçicilər arasında heç bir problem yaşanmır. Hər şey qaydasındadır. Düşünürəm ki, bütün seçicilər öz namizədlərinə rahatlıqla səs verə bilirlər. Azərbaycanda gedən demokratik inkişaf bir sıra Avropa ölkələri ilə müqayisədə daha üstündür".
sia.az