PDF Oxu

Siyasət

  • 12

TBMM-nin üzvü Ənsar Öyüt: "Seçkidə kamera sistemi ilk dəfə Azərbaycanda tətbiq edildi"

TBMM-nin üzvü Ənsar Öyüt: "Seçkidə kamera sistemi ilk dəfə Azərbaycanda tətbiq edildi"

"Müşahidələrimiz zamanı Azərbaycanda demokratik, ədalətli seçki keçirildiyinin şahidi oluruq". Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü , Amasya millət vəkili Ramiz Topal SİA-ya açıqlamasında deyib. Seçkilərdə iştirak edən namizədlərə uğurlar arzu edən millət vəkili Azərbaycanın bu prosesdən sonra daha da inkişaf edəcəyini dilə gətirib: "Azərbaycana ilk dəfə gəlməyimə baxmayaraq, buranı çox bəyəndim. Bu gün ölkəniz üçün çox mühüm bir gündür. Ona görə ki, sizin gələcəyiniz seçimlərdən asılıdır. İnanırıq ki, seçkilərdən sonra Azərbaycan daha da inkişaf edəcək, çünki bunun üçün böyük potensiala malikdir. Ölkənin bu cür inkişaf etməsində əziyyət çəkən şəxsə təşəkür etmək istəyirəm. Seçkilərdə isə Azərbaycana uğurlar arzu edirəm. Azərbaycanla Türkiyə çox gözəl işlər görəcək və türklərin kim olduğunu bütün dünyaya bəyan edəcəklər".Seçkilərlə bağlı fikir bildirən Ərdəhan millət vəkili Ənsar Öyüt isə ölkəmizin gündən-günə inkişaf etdiyini deyib. Onun sözlərinə görə, artıq üçüncü dəfədir ki, seçkiləri izləmək üçün ölkəmizə gəlir: "İlk dəfə Zaqatala rayonunda müşahidəçi kimi iştirak etsəm də, sonradan Bakıda keçirilən seçkiləri izləməyə gəlmişəm. Azərbaycan hər gün inkişaf edir, buna çox sevinirəm. Ölkənizin inkişafı türk dünyasının inkişafı deməkdir. Bir neçə məktəbdə keçirilən seçki prosesini izlədim. İnsanlar ailəsi ilə birgə rahat şəkildə səsvermədə iştirak edirlər. Hətta yaşlı insanlar belə səsvermədə iştirak etmək üçün məntəqələrə gəlirlər. Bu, çox gözəl bir amildir. Azərbaycanda Türkiyədə olmayan təcrübədən istifadə edilir. Belə ki, seçki məntəqələrinin hər tərəfinə veb-kameralar yerləşdirilib. Bu da seçkilərin ədalətli, demokratik şəkildə həyata keçirildiyinin sübut edir. Kamera sistemi heç bir ölkədə yoxdur. Belə bir sistemin Azərbaycanda qurulması ölkənizin daha da demokratikləşməsindən xəbər verir. Azəbaycanda demokratiya mədəniyyəti dünya üçün örnəkdir. Seçkilərdə qələbə çalacaq insanı indidən təbrik edirəm".

sia.az

Digər xəbərlər