Azərbaycanın Latviyadakı səfirliyində səhər saat 08:00-da Azərbaycan Respublikasının prezidenti seçkiləri üzrə səsvermə başlanmışdır.
Latviyada yaşayan Azərbaycan vətəndaşları səs vermək üçün səfirliyə gəlirlər. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin 33 nömrəli seçki məntəqəsi yaradılmışdır. 144 adamın qeydə alındığı seçki məntəqəsində azad, ədalətli, demokratik və şəffaf səsvermə üçün hər cür şərait yaradılmışdır. Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov birinci səs vermişdir.
Yerli vaxtla saat 10-a kimi seçicilərin 10 faizi səs vermişdir.
AzərTAc