Məcburi köçkünlük həyatı yaşayan və ölkəmizin 60-dan çox şəhər və rayonunda məskunlaşmış kəlbəcərlilər bir qayda olaraq respublikamızın ictimai-siyasi həyatında fəallıqla iştirak edirlər.
Oktyabrın 9-da ölkəmizdə keçirilən prezident seçkilərində də rayon sakinlərinin mütəşəkkilliyi müşahidə olunur.
123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının sədri Adil Murtuzayev AzərTAc-a demişdir ki. ümumilikdə rayonda 47 min 430 seçici qeydiyyata alınmışdır. Onlardan 8 min 729 nəfəri Gəncədə məskunlaşmışdır. Bu seçicilərin səs verməsi üçün Gəncədə 7 seçki məntəqəsi yaradılmışdır. Seçkilərin azad və şəffaf keçirilməsi üçün rayon sakinlərinin məntəqələrə gələrək öz arzuları ilə istədikləri namizədə səs vermələri üçün bütün şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki. saat 12-00-dək ümumi seçicilərin 35,16 faizi, yəni 16 min 675 nəfər səs vermişdir.
AzərTAc