Azərbaycanın Qazaxıstandakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 37 nömrəli seçki məntəqəsində seçkilərə maraq böyükdür.
Səfirliyin müşaviri Şahin Əhmədov bildirmişdir ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılmışdır. Seçicilər prezidentliyə namizədlərin platformaları ilə tanış olur, sonra öz seçimlərini edirlər. Onun sözlərinə görə, konsulluq tərəfindən seçki hüququ olan 123 Azərbaycan vətəndaşı qeydə alınmışdır.
Saat 12-yə olan məlumata görə, seçicilərin artıq 50 nəfəri seçkidə iştirak etmişdir.
Səsvermə davam edir.
AzərTAc