PDF Oxu

Siyasət

  • 19

Cəbhə bölgəsində yerləşən Quzanlı qəsəbəsində prezident seçkiləri mütəşəkkil keçir

Cəbhə bölgəsində yerləşən Quzanlı qəsəbəsində prezident seçkiləri mütəşəkkil keçir

118 saylı Ağdam şəhər seçki dairəsindəki 46 məntəqə 38 min 995 seçicini əhatə edir. AzərTAc xəbər verir ki, Bakı şəhərində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlər Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılmışdır. Seçkiləri 254 müşahidəçi izləyir. DSK-dan bildirmişlər ki, saat 12-dək səsvermədə seçicilərin 17 min 410 nəfəri – 40 faizi iştirak etmişdir. Məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdır.

119 saylı Ağdam kənd seçki dairəsinin 42 məntəqəsində və "N" saylı hərbi hissədə fəaliyyət göstərən 3 məntəqədə 43 min 522 seçici qeydə alınmışdır. Dairə seçki komissiyasından verilən məlumata görə, saat 12-dək seçicilərin 15 min 595 nəfəri – 39,9 faizi səs vermişdir. Seçkilərin gedişini 293 yerli müşahidəçi, həmçinin beynəlxalq müşahidəçilər izləyirlər. Seçkilər şəffaf və demokratik keçirilir.

Quzanlı qəsəbəsindəki 1 saylı seçki məntəqəsində də seçkilər mütəşəkkilliyi ilə seçilir. Seçicilər dəstə-dəstə məntəqəyə gəlir, heç bir maneə olmadan səs verirdilər. Əmək veteranı Çingiz Quliyev yaradılmış şəraitdən razılığını bildirərək dedi:

- Mən yaşlı insanam, keçmiş sovetlər dövrünü yaxşı xatırlayıram. O zaman bu cür azad və şəffaf seçki görməmişdik. İndi isə seçkilər tam demokratik keçirilir. Vətəndaşlar istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Mən də bu gün öz seçki hüququmdan istifadə edərək inandığım namizədə səs verdim.

Məntəqə seçki komissiyasının sədri Rima Verdiyeva seçicilərin yüksək fəallıq nümayiş etdirdiyini bildirmiş və qeyd etmişdir ki, saat 12-dək 1478 nəfər seçicinin 591 nəfəri seçkidə iştirak etmişdir.

AzərTAc

Digər xəbərlər