PDF Oxu

Siyasət

  • 12

Zərdab seçiciləri səsvermə kampaniyasında yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirirlər

Zərdab seçiciləri səsvermə kampaniyasında yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirirlər

9 oktyabr Prezident seçkiləri 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə təşkil edilmiş 48 məntəqədə seçicilərin mütəşəkkilliyi şəraitində davam edir.

Dairə sədri İsmayıl Əhmədov AzərTAc-a bildirmişdir ki, seçkilərə hazırlıq mərhələsində görülən işlər, vətəndaşların ictimai-siyasi fəallığı bu gün məhz səsvermə kampaniyasının mütəşəkkil keçməsində mühüm şərtdir. Artıq insanlar müstəqil Azərbaycanın dinamik inkişafının, işıqlı gələcəyinin bu seçkilərdən çox asılı olduğunu aydın başa düşür, öz məsuliyyətlərini dərk edirlər. Səsvermənin ilk saatlarından etibarən minlərlə seçicinin məntəqələrə gələcək öz seçimlərini etmələri elə bunun aydın təzahürüdür.

Səsvermə kampaniyasında hər kəsin öz iradəsi ilə, azad, sərbəst seçim etməsinə imkan verən mühit yaradılmışdır. Təsadüfi deyildir ki, səsvermənin gedişini 504 nəfər yerli müşahidəçi izləyir ki, onlar da ayrı-ayrı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Müşahidəçilər arasında beynəlxalq təşkilatlardan da vardır.

Hər kəs azad, demokratik və şəffaf keçirilən seçkilərin şahidi olur. İnsanlar da səsverməyə həvəslə gəlirlər. Bu gün səsvermədə 39176 nəfər seçici öz fikrini ifadə etməlidir. Saat 15-00-dək 25295 nəfər səs vermişdir ki, bu da ümumi seçicilərin 64,56 faizi qədərdir.

AzərTAc

Digər xəbərlər