Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərindəki məntəqədə yerli vaxtla saat 17:00-dək seçicilərin 68,7 faizi səs vermişdir.
Məntəqə seçki komissiyasından bildirmişlər ki, saat 17:00-dək adları seçici siyahısında olan 191 vətəndaşımız səsvermə hüququndan istifadə etmişdir. Heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Qeyd edək ki, Çində və ətraf ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları 15 saylı Yasamal Birinci seçki dairəsinin 45 saylı məntəqə seçki komissiyasında səs verirlər.
AzərTAc