Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılmış 15 saylı Yasamal I seçki dairəsi üzrə 40 saylı seçki məntəqəsində səsvermə davam edir.
Məntəqə seçki komissiyasından bildirmişlər ki, yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 15:00) seçicilərin 12 faizi konstitusion hüququndan istifadə edərək səs vermişdir.
Qeyd edək ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyada yaşayan Azərbaycan Respublikası vətəndaşları, eləcə də Macarıstandakı və Xorvatiyadakı səfirliklərinin konsulluq şöbəsində qeydiyyata alınmış Azərbaycan vətəndaşlarının səs verməsi üçün bütün zəruri şərait yaradılmışdır.
Seçicilərin fəallığı ilə başlayan səsvermə tam demokratik şəraitdə və heç bir qanun pozuntusu olmadan davam edir.
AzərTAc