MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasının əlaqələndiricisi Leonid Slutski RİA-Novosti agentliyinə telefonla bildirmişdir ki, Azərbaycanda prezident seçkilərində səsvermə fəal gedir.
Çərşənbə günü Azərbaycan vətəndaşları dövlət başçısı seçirlər. Ölkədə əsas vəzifəni tutmaq uğrunda 10 namizəd mübarizə aparır.
Azərbaycanda prezident seçkiləri beş ildə bir dəfə keçirilir.
Bu vəzifəyə ali təhsilli, ölkənin ərazisində on ildən artıq daimi yaşayan, ağır cinayətə görə məhkum edilməmiş, başqa dövlətlər qarşısında öhdəlikləri və ikili vətəndaşlığı olmayan vətəndaşlar seçilə bilər.
L.Slutski səsvermənin gedişini şərh edərək bildirmişdir ki, "səsvermə çox fəal keçir, artıq səhər saat 8-də seçki məntəqələrində xeyli adam vardı".
O daha sonra əlavə etmişdir ki, bu dəfə seçkilərdə məntəqələrin təchizatı və səsvermə prosesi ilə əlaqədar müxtəlif nou-haular yetərincə tətbiq edilir.
Slutski ümidvar olduğunu bildirmişdir ki, bu yeniliklərdən başqa ölkələrdə də istifadə edilə bilər.
Müstəqil sosioloji araşdırmalar mərkəzinin 939 məntəqədə apardığı sorğunun nəticələrinə görə, seçicilərin 92,15 faizi indiki prezident İlham Əliyevə səs verir.
AzərTAc