"Azərbaycanda prezident seçkilərində heç bir xəta ilə rastlaşmadıq". Bunu İslandiya parlamentinin üzvü Braynhildur Petursdottir jurnalistlərə açıqlamasında bildirib.
B.Petursdottir deyib: "Düşünürəm ki, hər şey qaydasındadır. Getdiyimiz məntəqələrdə də vəziyyət normal görünürdü".
Onun sözlərinə görə, insanlar ən yaxşı seçimi etmək istəyirlər: "Bu mənim ilkin təəssüratımdır. Azərbaycana ilk səfərimdir. Prosedurlar İslandiyadakından o qədər də fərqli deyil".
yap.org.az