Azərbaycanda prezident seçkiləri texniki cəhətdən kifayət qədər yaxşı təşkil edilib. Bu barədə Trend-ə açıqlamasında Avropa Parlamentindən olan müşahidəçilər missiyasının bolqarıstanlı üzvü Yevgeni Kirilov bildirib.
Azərbaycanda artıq ikinci dəfə prezident seçkilərini müşahidə edən Y.Kirilov deyiib: "Seçkilər texniki cəhətdən yaxşı təşkil edilib. Bütün mənalarda ötən seçkilərə nisbətən yaxşı təşkil edilib".
Onun sözlərinə görə, nümayəndə heyətinin üzviləri məcburi köçkünlərin səs verdikləri iki seçki məntəqəsində olublar: "Biz məcburi köçkünlərin səs verdikləri məntəqələri də görmək istəyirdik".
Səsvermə zamanı seçici fəallığı barədə danışan Y.Kirilov vurğulayıb ki, bu da kifayət qədər yüksək olub.
Onun sözlərinə görə, günortadan sonra seçki məntəqələrinin əksəriyyətində seçici fəallığı 50 faizdən yuxarı olub: "Biz gördük ki, günortadan sonra daha çox insan gəlir. Axşama kimi seçici fəallığı yaxşı göstəriciyə çatacaq".
Y.Kirilov bildirib: "Ümumilikdə deyə bilərəm ki, biz sakit şəkildə səsvermənin şahidi olduq. Heç bir gərginlik olmayıb".
yap.org.az