Erməni təcavüzünə məruz qalan rayonların əhalisi seçkidə fəallıq göstərir. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, Tərtər və Ağdamda seçiciləri məntəqələrdə aktivlik göstərib.Belə ki, Tərtər rayonunun təmas xəttinə yaxın kəndlərində seçicilər daha aktivdir. Vətəndaşlar heç bir müdaxilə olunmadan öz namizədlərinə müstəqil şəkildə səs verirlər. 95 saylı Tərtər Dairə Seçki Komissiyası üzrə 40 məntəqədə 40 min 82 seçici qeydiyyatdan keçib. Seçkilərdə heç bir qanun pozuntusu aşkarlanmayıb. "Exit-poll" və qeydə alınan namizədlərin müşahidəçiləri də məntəqələrdə səsverməni izləyiblər.Ağdamda səs vermə prosesi davam edir. Ağdam rayonu ərazisində 119 saylı seçki dairəsi üzrə 45 məntəqədə 43 min 522 seçici qeydiyyatdadır. Hazırda bütün məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur. Rayonda 292 nəfər yerli və xarici müşahidəçi seçkiləri izləyir. 2 məntəqədə isə veb-kamera quraşdırılıb.
sia.az