PDF Oxu

Siyasət

  • 5

Flippinli deputat: "Azərbaycanda seçki şəffaf və demokratik keçirilir"

Flippinli deputat: "Azərbaycanda seçki şəffaf və demokratik keçirilir"

"Azərbaycanda seçkilər şəffaf, ədalətli və demokratik keçirilir". Bu sözləri SİA-ya açıqlamasında filippinli deputat Frances Xavier Manglapus deyib.Onun sözlərinə görə, Azərbaycanda əhalinin seçkiyə marağı yüksək səviyyədədir: "Burada ən xoşagələn məqam isanların seçkiyə həvəslə gəlmələridir. Azərbaycanda vətəndaşlar demokratik şəkildə istədiyi namizədə səs verə bilir. Bu da mühüm amildir. Apardığımız müşahidələr bir daha sübut edir ki, Azərbaycanda seçki şəffaf və demokratik sferada keçirilir. Seçki məntəqələrində sıxlıq müşahidə edilir. İnsanlar axşam saatları olmasına baxmayaraq, yorulmadan yüksək ab-hava ilə məntəqələrə daxil olur, səslərini verib gedirlər. Azərbaycan xalqında seçki məsuliyyəti xüsusi sevinclə əks olunur".

sia.az

Digər xəbərlər