PDF Oxu

Siyasət

  • 6

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” "Ekzit-poll"un nəticələrini açıqladı

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” "Ekzit-poll"un nəticələrini açıqladı

"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" "Ekzit-poll"un nəticələrini açıqlayıb. SİA-ya verilən məlumata görə, tədqiqat ölkə ərazisinin 400 seçki məntəqəsində Mərkəzin araşdırma tədqiqat qrupu tərəfindən həyata keçirilib. 1100 nəfər təşkil edən tədqiqat qrupuna layihənin koordinatoru, "Ekzit-poll" tədqiqatı üzrə regional koordinatorlar, dairə koordinatorları, təlimçilər, supervayzerlər, intervüerlər, telefonçu operatorlar, kompüter operatorları, texniki personal daxil olublar.

Seçki məntəqələrinin seçimi sosiologiyada qəbul edilmiş və dünyanın bir çox ölkəsində tətbiq edilərək sınaqdan çıxmış riyazi proqrama əsasən aparılmışdır. Nəticədə seçimə düşən 400 məntəqə 68 seçki dairəsi və 61 rayonun ərazisini əhatə edib.

Seçki günü hər məntəqənin çıxışında 2 sorğu aparan intervüer qutu, anketlər və tələb olunan ləvazimatla dayanmış və hər bir məntəqə üçün əvvəldən müəyyən edilmiş addıma əsasən səs verib seçki məntəqəsindən çıxan seçicilərin seçimini apararaq onlara yaxınlaşıb sorğu anketini doldurmağı təklif ediblər. Bu zaman onlar anketin doldurulması qaydalarını izah edib, sorğunun anonimliyinin qorunması təminatını verib və sorğu anketinin respondent tərəfindən müstəqil heç bir kəsin müdaxiləsi olmadan doldurulmasına şərait yaradıblar. Anket doldurulduqdan sonra dörd qatlanaraq seçici tərəfindən qutuya atılıb.

Toplanmış anketlər gün ərzində 4 dəfə: saat 10:00; 13:00; 16:00 və 19:00-da qutudan çıxarılmış, anketlərdə olan cavablar hesablanmış və Bakıda yerləşən qərargaha ötürülüb. Bu məqsədlə Bakı qərargahında məlumatın qəbulu üçün tərtib edilib və təlim keçmiş telefonçular və kompüter operatorları qrupu fəaliyyət göstəriblər. Qəbul edilmiş məlumat dərhal operatorlar tərəfindən kompüterə daxil edilib və işlənilib. Beləliklə məlumatın gün ərzində müntəzəm ötürülməsi və dərhal işlənilməsi nəticəsində səsvermə bitən kimi namizədlərə verilən səslərin sayı əldə edilərək seçki məntəqələri bağlandıqdan sonra saat 19:30-da açıqlanmaq üçün hazır olub. Seçici fəallığı 72.3% təşkil edib.

"Ekzit-poll" tədqiqatının nəticələrinə görə səslər namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb:

Ağa-zadə İqbal Fehruz oğlu – 1.88 %,

Əliyev İlham Heydər oğlu – 80.8 %,

Əlizadə Araz Məmməd Mübariz oğlu – 0.72 %,

Hacıyev Hafiz Ələmdar oğlu – 0.43 %,

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 2.81%,

Həsənli Cəmil Poladxan oğlu – 10.55 %,

İsmayılov İlyas Abbas oğlu – 0.65 %,

Quliyev Fərəc İbrahim oğlu – 0.88 %,

Məmmədov Sərdar Calal oğlu – 0.63 %,

Oruc Zahid Məhərrəm oğlu – 0.65 %,

sia.az

Digər xəbərlər