PDF Oxu

Siyasət

  • 6

Əli Əhmədov: Bu seçkilər Azərbaycan xalqının qələbəsidir

Əli Əhmədov: Bu seçkilər Azərbaycan xalqının qələbəsidir

Bu gün Yeni Azərbaycan Partiyasının Sədrinin müavini-İcra katibi Əli Əhmədov prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. 9 oktyabr tarixinin əlamətdar gün olduğunu deyən Əli Əhmədov bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirildiyini, Azərbaycan vətəndaşlarının öz iradələrini ifadə etdiyini və ölkəmizin növbəti beş il üçün Prezidentinin seçildiyini bildirib. YAP Sədrinin müavini bildirib ki, artıq "Extit-poll"lar öz rəylərini, hesabatlarını açıqlayıblar: "Bu hesabatlara görə, cənab İlham Əliyev seçici səslərinin 83 faizindən çoxunu qazanıb. Hesab edirəm ki, MSK-nin ilkin rəyi də özünü çox gözlətməyəcək. Beləliklə, tam əsaslı olaraq cənab İlham Əliyevin bu seçkilərin nəticəsinə görə növbəti beş il üçün Azərbaycanın Prezidenti seçilməsi haqqında fikrimizi səsləndirə bilərik".

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçki kampaniyasının keçirilməsi üçün böyük proqram əsasında fəaliyyət göstərib, geniş təşviqat işi aparıb. Onun sözlərinə görə, YAP seçki kampaniyasının təbliğat-təşviqat dövrü ərzində ölkəmizin bütün bölgələrində ümumilikdə müxtəlif formatlarda seçicilərlə 2500-dək görüş keçirib: "Bu görüşlərdə 2 milyon nəfərdən çox seçici iştirak edib. Görüşlərdə cənab İlham Əliyevin seçki proqramı insanların diqqətinə çatdırılıb və seçicilər belə görüşlərdə yüksək əhval ruhiyyə ilə iştirak ediblər. Nəticələr də səsvermə prosesində seçicilərin yüksək fəallıqla iştirak etdiyini göstərir. Belə ki, seçicilərin 70 faizdən çoxunu səsvermə prosesində iştirak etməsi fəallığın nə dərəcədə yüksək olmasından xəbər verir. Seçici fəallığının yüksək olması xalqımızın prezident seçkilərinə ciddi maraq göstərməsindən xəbər verir. Bu marağın kökündə Prezident İlham Əliyevə xalqın etimadı dayanır. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycan sürətlə inkişaf edib, iqtisadiyyatımız 3,4 dəfə artıb, əhalinin sosial rifahı yüksəlib, insanlar gələcəyə ümidləri daha da artıb. Eyni zamanda, bu illər ərzində Azərbaycan dövlətinin qüdrəti artıb, beynəlxalq aləmdə ölkəmizin rolu və əhəmiyyəti yüksəlib. Eləcə də, ölkəmizdə sabitliyin və əminamanlığın hökm sürməsi insanlar tərəfindən yüksək qiymətləndirilir. Bütün bunların qarşıdakı illərdə də davamlı olması üçün insanlar Prezident İlham Əliyevə yenidən etimad göstərdilər".

Prezident seçkilərində 10 namizədin iştirak etdiyini xatırladan Əli Əhmədov bildirib ki, digər namizədlər, xüsusilə "Milli şura"nın namizədi YAP-la müqayisədə çox zəif təbliğat işi aparıb. Belə ki, YAP seçicilərlə 2500 görüş keçirdiyi halda, "Milli şura"nın seçicilərlə cəmi 10 görüş keçirməsi fərqin nə qədər böyük olmasından xəbər verir.

Ümumilikdə, səsvermənin gedişində ciddi qanun pozuntusuna rast gəlinmədiyini deyən Əli Əhmədovun sözlərinə görə, bu seçkilər Azərbaycan xalqının qələbəsidir.

sia.az

Digər xəbərlər