PDF Oxu

Siyasət

  • 26

Sergey Mirzoyev: “Belə seçici fəallığı Avropa ölkələrində belə yoxdur”

Sergey Mirzoyev: “Belə seçici fəallığı Avropa ölkələrində belə yoxdur”

"Ədalətli seçkilər uğrunda" Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatı ( For Fair Election) müşahidə qrupu prezident seçkiləri ilə bağlı hesabatını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, müşahidə qrupunun rəhbəri Sergey Mirzoyev bildirib ki artıq 10 ildir ki müxtəlif ölkələrdə seçkilərdə müşahidə missiyasını yerinə yetirirlər.O bildirib ki, Bakı şəhəri və regionlarda yerləşən bir neçə seçki dairəsində keçirilən seçkiləri izləyiblər.Seçkilərin azad, ədalətli və demokratik tələblərə uyğun keçirildiyini dilə gətirən müşahidə qrupunun rəhbəri qeyd edib ki, vətəndaşların səsvermə hüququndan istifadə etməsi üçün yüksək şəraitinin yaradıldığını dilə gətirib: "Beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Nəticəyə təsir edəcək, seçkilərin legitimliyini şübhə altına alacaq heç bir qayda pozuntusuna rast gəlinməyib. Seçkilərin nəticələrini real və legitim hesab edirik. Seçkilərdə yüksək seçici fəallığı qeydə alınıb. Seçici fəallığı ilə bağlı qeydə alınan bu göstərici hətta bir çox Avropa ölkələrində müşahidə olunmur. Çexiyada bu göstərici 40-45 faiz təşkil edir. İnsanların çox rahat şəkildə istədiyi namizədə səs verirdilər. Seçki məntəqələrinin insanların evlərinə yaxın olması da yaxşı hal idi".Mətbuat konfransında iştirak edən müşahidə qrupunun digər üzvləri də seçkilərin azad, dinc və demokratik şəraitdə keçirildiyini vurğulayıb. Onlar bütün prezidentliyə namizədlərə bərabər rəqabət imkanlarının yaradıldığını qeyd ediblər: "Azərbaycanda keçirilən seçkilər şəffaf, azad, ədalətli, demokratik şəkildə həyata keçirildi".

sia.az

Digər xəbərlər