PDF Oxu

Siyasət

  • 26

Halil Akınçı: "Xüsusilə yerli və xarici müşahidəçilərə yaradılan şərait bizi qane etdi"

Halil Akınçı: "Xüsusilə yerli və xarici müşahidəçilərə yaradılan şərait bizi qane etdi"

Bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq təşkilatı oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, təşkilatın sədri Halil Akınçı müşahidənin nəticələri barədə məlumat verib. Bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq təşkilatının müşahidə missiyası Qarabağın Ağdam rayonunda yerləşən məcburi qaçqın və köçkünlərin yaşadığı yerlərdə müşahidə aparıb: "Məntəqələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə ünsiyyətdə olduq, dairələrdə və məntəqələrdə yaradılan şərait barədə bizə məlumat verildi. Komissiyanın təşkilatçılığı sahəsində xüsusilə yerli və xarici müşahidəçilərə yaradılan şərait bizi qane etdi. Həmçinin məntəqələrdə bütün partiyaların müşahidəçiləri üçün lazımi şərait yaradılıb. Fikrimizcə, seçkilər olduqca dinc şəkildə, azad və şəffaf keçirilib".

sia.az

Digər xəbərlər