PDF Oxu

Siyasət

  • 13

Nikolas Qriffin: "Məntəqələrdə müxalifətin dediklərini sübut edən heç nə görmədik"

Nikolas Qriffin: "Məntəqələrdə müxalifətin dediklərini sübut edən heç nə görmədik"

Azərbaycan Respublikasının prezident seçkilərini izləyən "Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu" (CEGPM) müşahidə qrupu qrupu seçkilərlə bağlı hesabatını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, hesabatı müşahidə qrupunun rəhbəri Nikolay Meinert təqdim edib.O bildirib ki, seçkilərin nəticəsi tam şəkildə seçicilərin iradəsi əsasında həyata keçirilib: "Proses zamanı hər hansı ciddi texniki çatışmazlıq müşahidə etmədik. Seçkilərin demokratik prinsiplərə və milli qanunvericiliyə uyğun keçirildiyini vurğulayan N.Meinert Azərbaycanın seçki prosesində irəliyə doğru əhəmiyyətli addım atdığını qeyd edib: "Avropa ölkələrində seçkilər zamanı seçki məntəqələrinə veb-kameraların quraşdırılmır. Bu baxımdan Azərbaycanın nümunəvi ölkə sayıla bilər. Veb-kameraların quraşdırılması seçkilərin texniki baxımdan yüksək səviyyədə təşkil olunduğunun göstəricisidir. Bu təcrübədən Avropada da istifadə ediləcəyik".Daha sonra çıxış edən nümayəndə heyətinin Böyük Britaniyadan olan üzvü Nikolas Qriffin bildirib ki, Azərbaycanda ən kiçik müxalifət partiyalarının belə öz narazılığını açıq şəkildə bildirmələri sevindirici haldır: "Bir seçki məntəqəsində iki müxalifət nümayəndəsi mənə yaxınlaşaraq öz narazılığını bildirdilər. Lakin biz seçki məntəqələrini gəzərkən onların söylədiklərini sübut edəcək heç nə görmədik. Deyərdim ki, bu seçkilər hətta Böyük Britaniyadakı seçkilərdən də yaxşı keçirilib".Litvalı müşahidəçi Linas Balsys Sumqayıtda yüksək seçici fəallığının olduğunu, seçicilərin hətta növbəyə düzüldüyünü dilə gətirib: "Səslərin sayılma prosesində də iştirak etdim və seçki məntəqəsi üzvlərinin bu işdə yüksək təcrübəsini müşahidə etdim".

sia.az

Digər xəbərlər