"Mən Azərbaycanda 10 il öncə keçirilən prezident seçkilərində də iştirak etmişəm. Düşünürəm ki 10 il öncə xalq etdiyi düzgün seçimi bu dəfə də təkrarladı". SİA xəbər verir ki, bu barədə Fransanın müşahidə missiyası tərəfindən oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında Fransa senatının üzvü, müşahidə missiyasının rəhbəri Natali Qule məlumat verib.Seçkilərdə aparılan müşahidənin son nəticələri barədə danışan Natali Qule qeyd edib ki, Fransanın müşahidə missiyası Qubada seçki məntəqələrində olub və gün ərazində seçicilərin aktivliyini müşahidə edib: "Seçkilərin şəffaflığı və ədalətli keçirilməsi bizi qane etdi. Mənfi halların yaşanması ilə əlaqədar xəbər verən bəzi şəxslərin, təşkilatların fikirlərinə münasibət bildirmək istəmirəm. Sadəcə demək istəyirəm ki, 10 il ərzində Azərbaycanda olan inkişaf göz önündədir. Azərbaycan xalqı bu dəfə də doğru seçim etdi. Cənab İlham Əliyevi vətəndaşlarının etimadını qazanması münasibətilə təbrik edirəm".
sia.az