PDF Oxu

Siyasət

  • 33

AVCİYA prezident seçkiləri ilə bağlı bəyanat yayıb

AVCİYA prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanat haqqında məlumat verən AVCİYA sədri Məhərrəm Zülfüqarlı qeyd edib ki, assosiasiya bütün seçki məntəqələrində seçkiləri müşahidə edib.

Onun sözlərinə görə, seçki prosesində bəzi xırda texniki problemlər də olub: "Lakin qeydə alınmış problemlər çox az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb. Seçki prosesinə maneə yaradacaq hər hansı bir problem və ya ciddi qanun pozuntusu yaşanmadı. Ümumilikdə isə seçkilər beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçirildi. Əvvəlki illərlə müqayisədə daha stabil, konstruktiv və demokratik keçirilən seçkilərin nəticəsi xalq tərəfindən də yüksək qiymətləndirildi".

sia.az

Digər xəbərlər