PDF Oxu

Siyasət

  • 14

COPPPAL-ın vitse prezidenti: "İnsanlar seçki məntəqələrinə Azərbaycanı xoş günlərə aparmaq niyyətilə gəlmişdilər"

COPPPAL-ın vitse prezidenti: "İnsanlar seçki məntəqələrinə Azərbaycanı xoş günlərə aparmaq niyyətilə gəlmişdilər"

Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatının (COPPPAL) müşahidə missiyası 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən COPPPAL-ın vitse prezidenti Qustavo Karavaxal müşahidə missiyasının 6 ölkəni təmsil etdiyini və Azərbaycan parlamenti tərəfindən seçkiləri müşahidə etmək üçün dəvət olunduğunu deyib: "Müşahidə missiyası tərəfindən aparılan monitorinqin nəticəsi olaraq bildirmək istəyirəm ki, olduğumuz məntəqələrdə hüquq çərçivəsində yaradılan lazımı şəraitin insanların seçim etməsində böyük rol oynadığının şahidi olduq. Səhər saatlarında seçicilərin aktivliyini müşahidə etməsək də, günorta saatlarında vətəndaşlar seçim etməkdə aktivlik göstərdilər. Seçki prosesi mütəşəkkil formada keçirilib. Bizim üçün yenilik isə bu idi ki, seçici seçimini etmədən öncə onun barmağına mürəkkəb vurulur və bununla da vətəndaşın daha öncə səs vermədə iştirak etməsi barədə məlumat öyrənilir. İnsanlar seçki məntəqələrinə yalnız bir ideya ilə - Azərbaycanı xoş günlərə aparmaq niyyətilə gəlmişdilər. Ötən gün ölkənizdə təşkil olunan seçkilər COPPPAL təşkilatı olaraq bizi qane etdi".

sia.az

Digər xəbərlər