PDF Oxu

Siyasət

  • 31

Həmid Həmid: "Azərbaycanda keçirilən Prezident seçkiləri dünyaya demokratiya dərsi verdi"

Həmid Həmid: "Azərbaycanda keçirilən Prezident seçkiləri dünyaya demokratiya dərsi verdi"

Bolqarıstan parlamentinin müşahidə missiyası 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən missiyanın üzvü Həmid Həmid müşahidə missiyasının apardığı monitorinqin nəticələri barədə məlumat verib.Onun sözlərinə görə, müşahidə heyəti tərəfindən seçki məntəqələrində aparılan monitorinq zamanı hüquq pozuntuları aşkarlanmayıb: "Azərbaycanda keçirilən Prezident seçkiləri dünyaya demokratiya dərsi verdi. Biz seçkilərdə iştirak etməklə praktik olaraq əsl demokratiyanın şahidi olduq. Rəsmi nəticələr məlum olmadan öncə qalibi təbrik etmək tələskənlikdir. Lakin demək istəyirəm ki, ötən gün keçirilən seçkilərdə yeganə qalib Azərbaycan xalqı idi. Nə istədiyini bilən xalq məqsədi uğrunda səs verdi və düşünürəm ki, bu doğru seçimdir".

sia.az

Digər xəbərlər