Bu gün Bakıda Pakistan Parlamentinin müşahidə missiyası da Azərbyaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Pakistan parlementinin senatoru Müshaid Hussain Sayed bildirib ki, müşahidə misiyasının tərkibində 6 siyasi partiyanın nümayəndələri, həmçinin kiçik mətbuat qrupu daxil idi.Oktyabrın 9-da Azərbaycana gəldiklərini deyən senator qeyd edib ki, 15 seçki məntəqəsində müşahidə aparıblar: "Biz səsvermə prosesindən çox razı qalmışıq. Seçki çox dinc və şəffaf keçirilib. Seçicilərə heç bir təzyiq olmayıb, səsverməyə müdaxilə edilməyib. Seçicilər çox sərbəst seçki məntəqələrinə gələrək öz layiq bildikləri namizədinə səs veriblər. Biz seçkinin nəticələrini yüksək qiymtələndiririk və bunu Azərbaycanda demokratiyanın qələbəsi hesab edirik. Azərbaycanın prezidenti İlham Əliyevə təbriklərimizi çatdırırıq".Pakistanlı senator qeyd edib ki, Azərbaycan çətin regionda sabitlik adasıdır. O, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Qeyd edib ki, təcili olaraq BMT-nin qətnamələri yerinə yetirilməlidir. Müşahidə missiyası yekun olaraq seçkini yüksək qiymətləndirdiklərini və onlara göstərilən qonaqpərvərliyiyə görə minnətdar olduqlarını dilə gətiriblər.
sia.az