"İndiyə qədər 5 dəfə Azərbaycanda olmuşam. Biz Azərbaycan xalqı ilə fəxr edirik. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir. Hər bir ölkə üçün ən vacib məsələ onun inkişafıdır ki, bu istiqamətdə də Azərbaycan böyük uğurlar əldə edir. Hər dəfə ölkənizə gələndə bu inkişafı görürük və müşahidə edirik ki, xalq öz rəhbərini dəstəkləyir". Bu fikirləri İCAPP-ın həmsədri Xose de Venesia deyib.
Xose de Venesia İCAPP-ın beynəlxalq müşahidə missiyasının Azərbaycanda prezident seçkilərini izlədiyini bildirib. Müşahidə prosesində heç bir mənfi məqama rast gəlmədiklərini deyən İCAPP-ın həmsədri Azərbaycan xalqının uğurları ilə fəxr etdiyini qeyd edib. Onun fikrincə, bu uğurlar Azərbaycandakı demokratiyanın göstrəcisidir.
Azərbaycanda çoxpartiyalı sistemin mövcud olduğunu deyən beynəlxalq müşahidəçinin sözlərinə görə, bu partiyalar arasında münaqişə yoxdur, sivil mübarizə var. Onun fikrincə, siyasi müstəvidə bu uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolu var.
yap.org.az