PDF Oxu

Siyasət

  • 19

Piter Lamberd: Öz ölkəmdə keçiriləcək seçkilərdə Azərbaycanın təcrübəsindən istifadə olunmasını təklif edəcəm

Piter Lamberd: Öz ölkəmdə keçiriləcək seçkilərdə Azərbaycanın təcrübəsindən istifadə olunmasını təklif edəcəm

"Azərbaycan Prezidentinin ölkə üçün gördüyü işlər göz qabağındadır. Bunun nəticəsi olaraq xalq seçkilərə böyük maraq göstərir. Müşahidə etdim ki, insanlar dinamik şəkildə məntəqələrə gəlir və istədikləri namizədə səs verirlər. Heç bir problemə rast gəlmədik. İnsanlar sərbəst şəkildə öz mövqelərini bildirirlər ki, bu da demokratiyanın bariz göstəricidir". Bu fikirləri ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə etmiş İndoneziya parlamentinin üzvü Piter Lamberd deyib.

P.Lamberd bildirib ki, Azərbaycan demokratik dövlətdir, insanlar arasında fikir müxtəlifliyi var. Ona görə də, burada 10 namizəd seçkiyə qatılıb.

"Burada seçki məntəqələrində veb-kameralar quraşdırılıb ki, istənilən şəxs internet vasitəsilə səsvermənin gedişini müşahidə edə bilər. Mən belə bir prosesin olduğunu eşitmişdim, amma görməmişdim. Bunu Azərbaycanda gördüm və yüksək texnoloji addımdır, seçkilərin şəffaflığını təmin etməyə yönəlmiş fəaliyyətdir. İndoneziyada da qarşıdan parlament və prezident seçkiləri gəlir. Bu seçkilər keçiriləndə təklif edəcəm ki, Azərbaycanın bu təcrübəsini ölkəmizdə də tətbiq edək"- deyə, İndoneziya parlamentinin üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər