PDF Oxu

Siyasət

  • 19

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: "Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.

Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. Bu, bizim dost xalqlarımızın mənafelərinə tam uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məcrasında baş verir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı kimi məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

yap.org.az

Digər xəbərlər