PDF Oxu

Siyasət

  • 21

Fiorello Provera: "Avropa Şurasının bəzi üzvləri özlərində olmayan demokratiyanı başqasında görmək istəyir"

Fiorello Provera: "Avropa Şurasının bəzi üzvləri özlərində olmayan demokratiyanı başqasında görmək istəyir"

Avropa Parlamentinin üzvü, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera ötən gün Azərbaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA xəbər verir ki, konfransda çıxış edən Fiorello Provera bildirib ki, müşahidə missiyası 18 seçki məntəqəsində olub və bu məntəqələrin heç birində neqativ hallarla qarşılaşmayıblar: "Biz heç bir məhdudiyyətə məruz qalmadan seçkiləri müşahidə etdik və məlum oldu ki, 10 il ərzində seçkilərin keçirilməsilə bağlı böyük uğurlar əldə olunub. Diqqətimizi cəlb edən faktlardan biri məntəqələrdə və ətraf ərazilərdə heç bir çaxnaşmanın baş verməməsi oldu. Müşahidə apardığımız məntəqələrdə seçki prosesi ədalətlə həyata keçirilib, neqativ hal qeydə alınmayıb. Həmçinin seçkilərdən öncə hər bir vətəndaşa siyasi mövqeyini ortaya qoymaqla prezidentliyə namizədliyini irəli sürməsi kimi bir haqqın verilməsi bizdə müsbət təəssürat yaradıb. Mənə məlumdur ki, Avropa Parlamenti ilə Avropa Şurası arasında seçkilərlə bağlı fikir ayrılığı var. Bu normal haldır, hər kəsin fərqli rəyi ola bilər. Lakin qeyd etmək istəyirəm ki, Avropa Şurasının üzvləri özlərində olmayan demokratiyanı başqasında görmək istəyir. Biz bura hakim kimi deyil, dost qurum kimi gəlmişik və sadəcə məsləhət verə bilərik. Ölkəni ittiham etmək isə bizim hüququmuz deyil".

sia.az

Digər xəbərlər