PDF Oxu

Siyasət

  • 17

Əli Əhmədov: ATƏT-in ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir

Əli Əhmədov: ATƏT-in ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir

"Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi". Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov qeyd etmişdir.

Əli Əhmədov, eyni zamanda ATƏT-in DTİH bürosunun ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırmışdır: "Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri - obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir"-deyə, Əli Əhmədov bildirmişdir.

sia.az

Digər xəbərlər