PDF Oxu

Siyasət

  • 34

Elman Nəsirov: Azərbaycan bu gün beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhvələr verir

Elman Nəsirov: Azərbaycan bu gün beynəlxalq sülhə və təhlükəsizliyə böyük töhvələr verir

"Bu bir həqiqətdir ki, Azərbaycan bu gün regionun lider dövlətidir. Belə ki, regionun 80% iqtisadi gəliri Azərbaycanın payına düşür. Bunu beynəlxalq birlik də çox gözəl bilir. Dünya İqtisadi Forumu 2013-2014-cü illərdəki hesabatında Azərbaycanı 46-cı mövqedən, 39-cu mövqeyə yerləşdirib. Bu o deməkdir ki, ölkəmizin iqtisadiyyatı 1 il ərzində rəqabət qabiliyyəti 7 pillə irəli gedib". Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın yaxın zamanlarda ilk onluğa daxil olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu faktı beynəlxalq ekspertlər də təsdiqləyir.

"Azərbaycan bu gün beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi çox böyük töhvəyə görə BMT Təhlükəsizlik Şurasında təmsil olunur və artıq oktyabr ayından ikinci dəfə Təhlükəsizlik Şurasına sədr seçilib. Bunlar Azərbaycanın beynəlxalq aləmdə yetəri qədər möhkəmlənməsinin, Azərbaycanın etibarlı tərəfdaş olmasının təsdiqidir. Hesab edirəm ki, bu reallıq fonunda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində bütün bu sadalanan özəlliklərin və nailiyyətlərinin müsbət rolu olacaq. Bu gün Azərbaycanın mövqelərinin möhkəmlənməsi Azərbaycana dəstək verən dövlətlərin sayının artması, xüsusilə Dağlıq Qarabağ probleminin həlli üçün daha əlverişli və münbit şərait yaradacaq"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər