PDF Oxu

Siyasət

  • 27

Bəxtiyar Sadıqov: “Bu, ATƏT-in qərəzli və ikili standart mövqe tutmasından irəli gəlir”

Bəxtiyar Sadıqov: “Bu, ATƏT-in qərəzli və ikili standart mövqe tutmasından irəli gəlir”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/ DTİHB) və ATƏT Parlament Assambleyasının 9 oktyabrda Azərbaycanda keçirilən seçkilərlə bağlı hazırladığı qərəzli hesabat məni təəccübləndirmədi". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.Baş redaktorun sözlərinə görə uzun illərdir ki, bu qurum ikili standartlarla çıxış edib və Azərbaycanla bağlı bütün məsələlərdə qərəzli mövqedə durub: "ATƏT-in bugünkü qeyri-obyektiv, qərəzli yanaşmasının bünövrəsi Ermənistanda prezident seçkiləri başa çatandan sonra qoyulub. Çünki, Ermənistanda prezident seçkiləri zamanı namizədlərdən biri qürrələndi, digəri uzun müddət aclıq aksiyası keçirdi, basqılar oldu, Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri həbsxanalara atıldı və sonucda qeyri-demokratik seçkilər keçirildi. Belə ki, Serj Sarkisyan xalqın istəyi olmadan yenidən zorla hakimiyyətə gətirilməli idi. Məhz buna görə də ATƏT həmin hadisələrə gözünü yumdu və Ermənistandakı seçkilərin normalara, demokratiyaya uyğun olduğunu bildirdi".Bəxtiyar Sadıqov deyib ki, ATƏT-in müvəqqəti missiyasının rəhbərliyinin bəyanatı ilə ATƏT-in özünün nümayəndələrinin bəyanatı arasında kəskin fərq mövcuddur: "Təbii ki, bu da qərəzlilikdən və ikili standartlardan xəbər verir. Biz buna çox təəssüf edirik. Azərbaycan dövləti mütəmadi olaraq ATƏT-lə əməkdaşlıq edir və onların demokratiyanın inkişafı ilə bağlı tətbiq etdikləri norma və prinsiplərə əməl etməyə çalışır. Çünki, Azərbaycan xalqı, dövləti demokratiyaya sadiqdir və ölkədə demokratik proseslərin genişlənməsini, sürətlənməsini istəyir. Beləcə, buna uyğun olaraq lazımi addımlar atır. Ancaq ATƏT-in bu cür mövqeyi bizdə çox təəssüf hissi doğurur. Mən özüm Respublika miqyaslı müşahidəçi kimi 30-dan çox məntəqədə seçki prosesini yaxından müşahidə etdim. Sözün həqiqi mənasında deyə bilərəm ki, Azərbaycanda belə bir seçki indiyədək olmayıb. Seçkilərə çox güclü axın var idi. Hətta bəzi seçki məntəqələrinin önündə növbə var idi. Ən əsası ölkəmizdə seçkilər tam sabit, dinc şəraitdə keçdi. Təbii ki, bütün bunların şahidi olan ATƏT özünü görməzliyə qoyub. Onlar sadəcə olaraq öz ölkələrində hazırlayıb gətirdikləri arayışı Azərbaycanda səsləndirməklə kifayətləndilər. Hesab edirəm ki, bu qərəzli, qeyri-obyektiv hesabata heç bir əhəmiyyət vermək lazım deyil. Azərbaycan özünün tutduğu demokratiya yolu ilə gedir".

sia.az

Digər xəbərlər