Aydın Hüseynov: "Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanla bağlı mövqeyində korrektələr etməlidir"
"Azərbaycan xalqı ölkəmiz üçün olduqca mühüm əhəmiyyyət kəsb edən bir prosesdə 9 oktyabr prezident seçkilərində öz siyasi iradəsini nümayiş etdirərək seçki məntəqələrinə gəldi və seçimini etdi. Dövlətimiz tərəfindən bütün demokratik təsisatlara eyni şərait yaradıldığı üçün seçki prosesinin də tam şəffaf məcrada keçirilməsi üçün zəruri adımlar atılmışdı. Məhz bu amillər xalqımızın sərbəst formada seçim imkanlarını tam təmin etmək üçündür. Bütövlükdə yaradılan şəraitdən yararlanan Azərbaycan cəmiyyəti 9 oktyabr prezident seçkilərində öz iradəsini ortaya qoyaraq seçimini edib. İnsanlar seçkidə öz həyatlarının bu gününkü səviyyəsini və gələcək talelərini düşünərək Cənab İlham Əliyevə səs verib. Bu tam ədalətli və azad bir seçimin nəticəsidir. Çünki Azərbaycan xalqı öz seçimində heç vaxt qeyri-dəqiqliyə yol verməyib". Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİİHB) Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Aydın Hüseynov ATƏT/DTİİHB bürosunun qeyri-ədalətli olmasını, onların bu cur yanaşmasının xalqımızın iradəsinə zid olduğunu da diqqətə çatdırıb. "Bu yanaşma onların proses haqqında mülahizələrindən irəli gəlmir. Görünür onlar şəxsi mövqelərə əsasən dəyərləndirməyə meyl etməklə yanlışlığa yol veriblər. ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-peşəkar yanaşmadır. Onlar Azərbaycan xalqının Dağlıq Qarabağ məsələsində gözlədikləri mövqeyi sərgiləməkdənsə cəmiyyətimizin iradəsinin ziddinə olaraq da onun seçiminə hörçətsiz yanaşmanı ortaya qoymağa çalışır. Bu yolverilməzdir və bu cur təşkilatlar Azərbaycanla bağlı mövqelərində korrektələr etməlidirlər".
yap.org.az