Gəncədəki "Gənc liderlər" Təhsil, Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova "Avropanın gələcəyi üçün birlikdə" mövzusunda Moldovanın paytaxtı Kişineuda keçirilən vətəndaş cəmiyyəti forumunun V toplantısında iştirak etmişdir.
Bu barədə AzərTAc-a məlumat verən S.Ələkbərova bildirmişdir ki, 6 ölkədən 250-dən çox vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin qatıldığı forumda həmin sahədə prioritet məsələlərin "Şərq tərəfdaşlığı" proqramı üzrə islahatlar prosesinə verdiyi töhfələr ətraflı müzakirə edilmişdir.
İki gün davam edən forumda azərbaycanlı nümayəndənin çıxışı maraqla qarşılanmışdır.
AzərTAc