PDF Oxu

Siyasət

  • 27

Praqada Azərbaycan musiqisi gecəsi təşkil olunmuşdur

Praqada Azərbaycan musiqisi gecəsi təşkil olunmuşdur

Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER), Azərbaycan Tələbə Şəbəkəsi (ASN) və ARDNŞ-nin dəstəyi ilə Çexiyanın paytaxtı Praqa şəhərində muğam və klassik simfoniya musiqisinin sintezindən ibarət konsert təşkil olunmuşdur.

Konsertdə Günay Mirzoyevanın və Françesko Magianın birgə bəstələri əsasında Azərbaycandan gəlmiş muğam üçlüyünün və Praqa "Modern" orkestrinin ifası tamaşaçılarda böyük maraq doğurmuşdur. Tamaşaçılar arasında Perunun səfiri Marita Landaveri Porturas, Azərbaycanın Çexiyadakı səfirliyinin müşaviri Əlimirzamin Əsgərov və yerli sakinlər, Çexiyada yaşayan azərbaycanlı və digər icmaların nümayəndələri də olmuşlar. Konsert Çexiya, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

ASN-nin Çexiyadakı nümayəndəsi Sabir Məmmədov konsertdən əvvəl çıxış edərək xalqlar arasındakı əlaqələrin daha da dərinləşməsi üçün bu cür layihələrin həyata keçirilməsinin zəruriliyindən bəhs etmişdir.

Tamaşaçılar, həmçinin AZEDER və ASN haqqında video çarxları izləmişlər.

AzərTAc

Digər xəbərlər