PDF Oxu

Siyasət

  • 21

Siyavuş Novruzov: “Bu təşkilatların ipləri ABŞ Dövlət Departamentinin əlindədir”

Siyavuş Novruzov: “Bu təşkilatların ipləri ABŞ Dövlət Departamentinin əlindədir”

"Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı heç bir zaman Azərbaycan dövləti haqqında obyektiv, müsbət mövqe sərgiləməyib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Freedom House" təşkilatının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar neqativ mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.Siyavuş Novruzovun sözlərinə görə, bu kimi təşkilatların ölkəmiz haqqında yazdıqları ancaq qərəzli, şantaj, erməni mənbələrinə əsaslanan və Azərbaycanda əslən erməni olan hüquq müdafiəçilərinin onlara göndərdiyi məlumatlar əsasında böhtan xarakterli dərc olunan materiallardır. "Freedom House" qeyri-hökümət təşkilatıdır. Bu mənada hesab edirəm bu təşkilatın ixtiyarı yoxdur ki, Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilərə şərh versin və ölkə xalqının iradəsinə qarşı çıxsın. Azərbaycan xalqı 9 oktyabrda öz iradəsini ortaya qoydu və seçkilərə gəlib cənab İlham Əliyevi növbəti 5 il üçün də prezident seçdi. "Freedom House", ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB), "Human Watch" kimi təşkilatlar bir medalın iki üzüdür. Bunların ipləri ABŞ Dövlət Departamentinin əlindədir. ABŞ Dövlət Departamenti həmin ipi dartan kimi bunlar işə düşürlər, münasibət bildirməyə başlayırlar".YAP icra katibinin müavini hesab edir ki, onların əsas məqsədi Azərbaycanda keçirilən ədalətli, şəffaf və demokratik seçkilərin üzərinə kölgə salmaq və nəticədə bunu ölkəmizə qarşı təzyiq metodu kimi tətbiq etməkdir: "Bununla belə onlar ölkəmizin təbii sərvətlərindən bəhrələnməyə çalışırlar. Əllərinə bir şey çatmayanda siyasi hadisələrdən bizə qarşı təzyiq metodu kimi də istifadə etməyə çalışırlar".

sia.az

Digər xəbərlər