PDF Oxu

Siyasət

  • 25

Senator, Fransa Senatının AŞ PA-dakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokel Prezident İlham Əliyevə təbrik ünvanladı

Senator, Fransa Senatının AŞ PA-dakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokel Prezident İlham Əliyevə təbrik ünvanladı

Senator, Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokel Prezident İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: "İlk növbədə, icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırım.

Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olmuşdur.

Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

yap.org.az

Digər xəbərlər