PDF Oxu

Siyasət

  • 23

Oljas Süleymenov: Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbə münasibətilə təbrik edirəm

Oljas Süleymenov: Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbə münasibətilə təbrik edirəm

Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: "Sizi və bütün Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm.

UNESCO seçkilərin nəticələri barədə məlumatı alqışlamışdır. İcraiyyə Şurasının iclasında Baş direktorun nitqində Azərbaycanın bu Təşkilata göstərdiyi dəstəkdən bəhs edilmişdir. Biz Sizinlə bərabər, UNESCO-nun xoşməramlı səfiri gözəl Mehriban xanımı da təbrik edirik!

Qoy Sizin yüksək ilhamınız işlərinizə və niyyətlərinizə həmişə enerji versin! Sizə cansağlığı və uzun ömür arzu edirəm".

yap.org.az

Digər xəbərlər