PDF Oxu

Siyasət

  • 34

ABŞ-ın yüksək vəzifəli şəxsləri Prezident İlham Əliyevi təbrik etmişlər

ABŞ-ın yüksək vəzifəli şəxsləri Prezident İlham Əliyevi təbrik etmişlər

ABŞ-ın yüksək vəzifəli şəxslərinin oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevə inamlı qələbəsi münasibətilə təbrikləri davam edir.

Dövlətimizin başçısını təbrik edən ABŞ-ın Nümayəndələr Palatasının üzvü Henry CUELLAR yazır: "Cənab Prezident, mən Sizi seçkilərdə qələbə qazanmağınız münasibətilə təbrik edirəm. Xalq Sizə səs verib və Sizi seçib.

Azərbaycan ilə ABŞ arasında qarşılıqlı strateji əsaslara söykənən əlaqələr mövcuddur. Hər iki dövlət tolerantlığın qlobal miqyasda yayılması üçün birgə çalışır. Azərbaycanda mövcud olan tolerantlıq, milli azlıqlara hörmət, gender bərabərliyi hər bir demokratik sistemin əsasını təşkil edir və bunların Azərbaycan cəmiyyətində dərin kökləri vardır".

Nyu-York Asambleyasının üzvü Stiven KİMBROVİCİN təbrik məktubunda deyilir: "Azərbaycana ötənilki səfərimdən çox məmnunam. Səfər çərçivəsində Azərbaycanın necə zəngin mədəniyyətə malik olduğunun şahidi oldum.

Azərbaycan və ABŞ-ın son iyirmi il ərzində mövcud olan, qarşılıqlı maraqlara söykənən diplomatik tərəfdaşlıq əlaqələri daha da inkişaf edir. Azərbaycan xalqının dostu olaraq mən Sizə və xalqınıza uğur arzulayıram".

Azərbaycan Prezidentini təbrik edən ABŞ-ın Nyu-Cersi Baş Assambleyasının üzvü Upendra ÇİVUKULA ölkələrimizin tolerantlıq və demokratiya kimi bir sıra ortaq dəyərlərə malik olduğunu bildirir. Məktubda deyilir: "Cənab Prezident İlham Əliyev! Mən Sizi və Azərbaycan xalqını vətəndaş cəmiyyətlərinin gücləndirilməsi istiqamətində atılmış növbəti uğurlu addım münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan güclü demokratik cəmiyyətə çevrilmişdir".

ABŞ-ın Nümayəndələr Palatasının üzvü Qreys MENQ:

"Zati-aliləri, mən Sizi və Azərbaycan xalqını seçkilərdə qazandığınız qələbə münasibəti ilə təbrik edirəm. Bu seçimin Azərbaycanda vətəndaş cəmiyyətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacağına inanıram".

Dövlətimizin başçısını təbrik edən ABŞ-ın Texas ştatından konqresmen Stiv STOKMAN Azərbaycan ilə ABŞ-ın ekstremizmin qarşısının alınması və terrora qarşı birgə mübarizə apardığını bildirərək yazır:

"Salam, hörmətli Prezident İlham Əliyev!

Mən Sizi və Azərbaycan xalqını seçkilərdəki qələbəniz münasibəti ilə təbrik edirəm.

ABŞ və bizim avropalı müttəfiqlərimiz Azərbaycanın enerji sahəsində göstərdiyi liderliyi yüksək qiymətləndirir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq mən Sizə və xalqınıza uğurlar arzulayıram. Əminəm ki, Siz Azərbaycanı daha da irəliyə aparacaqsınız".

yap.org.az

Digər xəbərlər