İordaniya Senatının sədri Tahir Əl-Masri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: "Sizi qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, qardaş Azərbaycan Respublikasına uğurlar diləyirəm. Əminəm ki, İordaniya və Azərbaycan parlamentləri arasında mövcud olan sıx əməkdaşlıq qardaş ölkələrin rifahı naminə daha da möhkəmlənəcəkdir. Allah işlərinizi uğurlu etsin".
yap.org.az