PDF Oxu

Siyasət

  • 33

Qurban bayramına bir gün qaldı

Qurban bayramına bir gün qaldı

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən kasıblara pay göndərilir. Burada hamıya bərabər pay verilir və qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə, bu gün mərasimlərə dəvət olunurlar.Qurban sözü – "ərəbcə" yaxınlıq mənasını ifadə edir. Yəni, bu, Allaha yaxınlaşmaq mənasında tərcümə olunur.İçəri şəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli Müsəlmanların müqəddəs bayramı olan Qurbanlığın faydaları haqqında danışarkən deyib ki, Qurbanlıq heyvanın erkək və ya dişi olmasının əslində, İslamda heç bir nöqsanı yoxdur:

yap.org.az

Digər xəbərlər