PDF Oxu

Siyasət

  • 25

QHT Əməkdaşlıq Alyansı etiraz edir

QHT Əməkdaşlıq Alyansı etiraz edir

QHT Əməkdaşlıq Alyansı "Freedom House" təşkilatının seçki açıqlamasına etiraz bəyanatı ilə cavab verib. Bəyanatda deyilir ki, Devid Kremerin Avropa Birliyinə bu müraciəti onun hazırda rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır: "QHT Əməkdaşlıq Alyansı 2013-cü il Prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirib və kiçik istisnalar olmaqla, seçkiöncəsi vəziyyətin qənaətbəxş olduğunu, hökumət tərəfindən namizədlərə bərabər imkanlar, media və vətəndaş cəmiyyəti institutlarına sərbəst şəraitin yaradıldığının şahidi olub. Biz "Freedom House" təşkilatını Azərbaycan xalqının çoxluğunun mövqeyinə hörmət etməyə, hüquq-müdafiə təşkilatı kimi öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, Azərbaycan seçicilərinin hüquqlarını pozmamağa çağırırıq".

sia.az

Digər xəbərlər