"Ölkə başçısının yenidən prezident seçilməsi tamamilə təbii idi". Bu sözləri SİA-ya millət vəkili Nizami Cəfərov ölkə başçısının qələbə çalması ilə bağlı fikirlərini bildirərkən deyib. O bildirib ki, bu qələbə Azəraycanın müasir tarixində görülən işlərin nəticəsi idi: "Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əldə olunan uğurlar Prezident İlham Əliyevin qalib gələcəyindən xəbər verirdi. Bu qələbə həmçinin bizim seçki təcrübəmizin də qələbəsidir. Vaxtilə seçkilərdə müəyyən problemlər olsa da, budəfəki seçki prosesində hər şey olduqca dəqiq, ədalətli, demokratik keçirilib. Seçki Azərbaycanda böyük demokratiya təcrübəsinin olduğunu göstərdi. Seçkilərlə bağlı istər müxalifət, istərsə də bəzi müşahidəçilər hər hansı bir təxribat həyata keçirməyə çalışsalar da, onun heç bir əhəmiyyəti olmadı. Ona görə ki, ölkənin daxili və xarici siyasətində elə bir siyasət yürüdülür ki, burada nə təxribat, nə demoqoqiya maneə törədə bilməz. Bu, təkcə Prezident İlham Əliyevin qələbəsi deyil, bütöv Azərbaycanın qələbəsidir. Hamımız əminik ki, bundan sonrakı həyatımız daha sakit, firavan olacaq. Ona görə ki, başlanan işlər bundan sonra da davam edəcək".
sia.az