PDF Oxu

Siyasət

  • 28

Parlamentin növbəti iclası oktyabrın 22-də olacaq

Parlamentin növbəti iclası oktyabrın 22-də olacaq

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub. Bu barədə SİA-ya açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, oktyabrın 22-də keçiriləcək iclasın gündəliyinə 31 məsələ daxil edilib.Plenar iclasda müzakirə ediləcək həmin məsələlər aşağıdakılardır:- Bakı Apelyasiya Məhkəməsinin hakiminin təyin edilməsi, Bakı, Gəncə və Şirvan Apelyasiya məhkəmələrinin hakimlərinin vəzifədən azad edilməsi haqqında layihələr, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin təsdiq eilməsi haqqında qanun layihəsi, Azərbaycan höküməti ilə Gürcüstan Höküməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması, azaldılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi, Azərbaycan höküməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyən çərçivə sazişin təsdiq eilməsi barədə qanun layihəsi daxildir. Bundan başqa iclasda bir çox qanunlara dəyişiklər ediləcək. Həmin qanunlar Vergi Məcəlləsi, Dövlət rüsumu, Mülki Məcəllə, "Bədən tərbiyəsi və idman haqqında", "Təbii inhisarlar haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunlardır".

sia.az

Digər xəbərlər