PDF Oxu

Siyasət

  • 30

Azərbaycan Qafqazın demokratik gücüdür

Azərbaycan Qafqazın demokratik gücüdür

Amerikanın "The Washington Times" qəzetində İndiana ştatından keçmiş konqresmen, ABŞ Konqresinin Xarici Münasibətlər Komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri Den Bertonun "Azərbaycan təbriklərə layiqdir" sərlövhəli məqaləsi dərc edilib.Məqalənin müəllifi yazır ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsindən sonra ABŞ Dövlət Departamenti rəsmi Bakını tənqidə məruz qoyub. Mərkəzi Avropa Siyasi Monitorinq Qrupundan olan beynəlxalq müşahidəçi Arturas Mankaviçiusun fikrincə, "Azərbaycanın seçki kodeksi normaları beynəlxalq standartlara uyğun olub".D.Berton yazır ki, Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitənin sədri kimi və xüsusi şəxs qismində o bir neçə dəfə Azərbaycana səfər etmişəm və Prezident İlham Əliyev ilə, eləcə də onun sələfi, hazırkı Prezidentin atası Heydər Əliyev ilə görüşmüşəm. D.Berton qeyd edir ki, bu prezidentlər büdcə profisitinin 50 milyard dollar təşkil etdiyi inkişaf edən iqtisadiyyata malik azad cəmiyyət yaradıblar. Demək olar ki, istənilən seçkilər zamanı, xüsusilə Azərbaycan kimi belə gənc demokratik ölkələrdə siyasi partiyaların narazılığına səbəb olan texniki səhvlər, seçki məntəqələrinin idarəetməsində tək-tük qeyri-ardıcıllıq baş verə bilər. Müəllif vurğulayır ki, lakin Azərbaycan müstəqilliyin bərpasından sonra əldə olunmuş uğurlara görə tənqidə deyil, təbriklərə layiqdir. Azərbaycan Qafqazın demokratik gücüdür.D.Berton bildirir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən bu cür "məsuliyyətsiz bəyanatlar" yalnız Azərbaycana zərər verməyəcəkdir, həm də təkcə bu regiondakı dostlarımız üçün deyil, eyni zamanda, Birləşmiş Ştatların özü üçün uzunmüddətli problemlər yaradacaq.

sia.az

Digər xəbərlər