Birləşmiş Millətlər Təşkilatı dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə dünya ictimaiyyətindən Malidəki böhranı aradan qaldırmaq üçün əlavə sülhməramlı qüvvə və silah istənilib.
BMT-nin Malidəki sözcüsü Bert Koendersin verdiyi məlumata görə, son günlər Malinin şimalında baş verən qarşıdurmalar böyük təhlükə kəsb edir. Cari ilin iyul ayında Malidə prezident seçkiləri keçirilsə də, burada terror qruplaşmaları ilə qarşıdurmaların ardı kəsilməyib.
Qeyd edək ki, hazırda sözügedən ölkədə 12 min sülhməramlı var.
yap.org.az