Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 9 oktyabr tarixində keçirilən prezident seçkilərində möhtəşəm və inamlı qələbəsi münasibətilə müxtəlif dövlət və hökumət başçılarının, elecə də nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrikləri davam edir.
Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron, BMT-nin Cenevrə ofisinin mədəniyyət məsələləri komitəsinin sədri David Çikvaidze, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviç, Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri Ergün Atalay, Çeçen Respublikasının başçısı Ramzan Kadırov, Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin müavini Lyudmila Şvetsova, Volınsk Vilayət Dövlət Administrasiyasının başçısı Boris Klimçuq, Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik, Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza, İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov, Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru Svetlana Orlova Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında dövlətimizin başçısına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulamışlar.
yap.org.az